Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstan vətəndaşlarını Rusiyada terror törətmək üçün işə götürülmə cəhdlərinə uymamağa çağırıb    

Qırğızıstanın Əmək Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib ki, Rusiyada terror aktları törətmək üçün işə götürülmə cəhdlərinə uymasınlar...

Poliqon xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

Əmək Nazirliyi qırğız xalqına xəbərdarlıq edib ki, populyar sosial şəbəkələr və Telegram kimi messencerlər vasitəsilə Rusiyada terror aktlarında iştirak etmək üçün vətəndaşların, o cümlədən uşaqların fəal cəlb edilməsi aparılır.

İdarədən bildirilib ki, təcavüzkarlar tanışlıq saytlarında insanların profillərini təhlil edir, müxtəlif qruplardakı şərhləri öyrənir, dini, mədəni, milli və digər sosial xüsusiyyətlərə görə qurbanları müəyyənləşdirir, əhalinin həssas təbəqələrinə üstünlük verirlər.

Əmək Nazirliyinin nümayəndəliyi Rusiyada yaşayan vətəndaşlarını təxribatlara uymamağa, sosial şəbəkələr vasitəsilə işə düzəlməməyə, müxtəlif tədbirlərdə iştirak etməməyə, övladlarına diqqət yetirməyə çağırıb.

Nazirlik həmçinin xatırladıb ki, terror aktında iştirak etmək Rusiya cinayət qanunvericiliyi ilə ömürlük həbsə qədər cəzalandırılır.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. 

Martın 23-də səhər saatlarında Bryansk vilayətində terror aktında şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlar Tacikistan vətəndaşlarıdır.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar